Karlo Ançelotti təsdiqləyib: Mendi qalacaq

Xəbərlər
23 Sentyabr 2024 19:29
40
Karlo Ançelotti təsdiqləyib: Mendi qalacaq

"Real" Florian Mendi ilə yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti deyib.

İtaliyalı mütəxəssis İspaniya mətbuatına müsahibəsində fransalı müdafiəçinin çıxışından razı qaldığını bildirib. Ançelotti Mendinin müdafiə ilə yanaşı hücumda da komandaya çox fayda verdiyini vurğulayıb.

Qeyd edək ki, Florinanın "Real"la müqaviləsi gələn ilin yayında bitəcək. Klub futbolçuya 2 illik yeni müqavilə təklif edəcək.

İdman.biz