"Valensiya"nın keçmiş prezidentindən "Real" və Vinisiusa sərt sözlər

Xəbərlər
23 Sentyabr 2024 20:46
43
"Valensiya"nın keçmiş prezidentindən "Real" və Vinisiusa sərt sözlər

"Valensiya"nın keçmiş prezidenti Pako Royq "Real"ın hücumçusu Vinisius Junioru tənqid edib.

İdman.biz xəbər verir ki, o, braziliyalı futbolçunun davranışının yolverilməz olduğunu bildirib.

Royq əvvəllər İspaniyada irqçiliyə rast gəlinmədiyini deyib: "Əvvəllər bu hallara rast gəlmirdik. Romario da yarı qaradərili idi, amma heç bir problem yaşamamışdı. İndi "Real"ı "İmmiqrant kralları" adlandırıram. Onların heyətində 8 qaradərili, iki ağ və bir ispan Karvahal var. Vinisius "Mestalye"də bizim azarkeşləri irqçilikdə günahlandırdı. Həmin gün nəvəmlə stadionda idim. O, bizim azarkeşlərə qarşı pis davrandı. Düşündüm ki, bizim azarkeşlər Juniora meymun deyiblər. Amma yox. Onun üzündən azarkeşlərimiz bir neçə oyunu tribunadan izləyə bilmədilər. Amma Vinisiusu bağışladılar. O yaxşı futbolçudur, amma axmaqdır. Daima hakimlərə qışqırır".

Qeyd edək ki, ötən mövsümdə "Real"la oyundan sonra Vinisiusa qarşı irqçi davranışa görə "Valensiya" ciddi cəzalandırlıb. Komanda bir neçə oyunu boş triubunalar önündə keçirməli olub.

İdman.biz