Rodri üçün mövsüm başa çatıb

Xəbərlər
23 Sentyabr 2024 21:43
50
Rodri üçün mövsüm başa çatıb

Mançester Siti"nin yarımmüdafiəçisi Rodri mövsümün sonuna kimi sıradan çıxıb.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

İspaniyalı futbolçu dünən İngiltərə Premyer Liqasında V turunun "Arsenal"la oyununda sıradan çıxıb. 21-ci dəqiqədə zədələnən Rodriyə dizində xaça bənzər bağlarının qırıldığı diaqnozu qoyulub. O, bu gün uğurlu cərrahiyə əməliyyatı keçirib.

Qeyd edək ki, İspaniya yığmasının heyətində Avropa çempionu olan Rodri "Qızıl top" mükafatı qazanmağa əsas namizədlərdən hesab olunur.

İdman.biz