"Trabzonspor"dan ardıcıl 5-ci heç-heçə

Xəbərlər
23 Sentyabr 2024 23:12
156
"Trabzonspor"dan ardıcıl 5-ci heç-heçə

Türkiyə Superliqasında 6-cı tura yekun vurulub.

İdman.biz xəbər verir ki, "Trabzonspor" növbəti dəfə xal itirib.

Komanda ardıcıl 5-cı dəfə heç-heçə oynayıb. Qaradəniz klubu bu dəfə Qaziantep səfərində 1 xalla dönüb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Günün digər matçında "Göztəpə" öz meydanında "Kayserispor"un qapısından 3 cavabsız top keçirib.

Türkiyə Superliqası
VI tur
23 sentyabr

"Göztəpə" - "Kayserispor" - 3:0
"Qaziantep" - "Trabzonspor" - 0:0

İdman.biz