"Qarabağ"la oyun öncəsi "Tottenhem"in prezidenti: "Mənim dərim qəlimdir..."

Xəbərlər
24 Sentyabr 2024 00:09
106
"Qarabağ"la oyun öncəsi "Tottenhem"in prezidenti: "Mənim dərim qəlimdir..."

Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq "Tottenhem"in prezidenti fan-forumda çıxış edib.

İdman.biz xəbər verir ki, Daniel Levi azarkeşlərin tənqidlərinə cavab verib.

2001-ci ildən London klubuna başçılıq edən Levi komandanın əldə etdiyi nəticələri də vurğulayıb: "Çempionlar Liqasında final oynamaq və yeni stadionun açılışı qürurvericidir. Azarkeşlərin tənqidlərinə gəlincə, dərim qəlimdir, bunlar mənə təsir etmir. Əksinə daha uğurlu olmaq üçün əlavə güc verir".

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" qarşılaşması sentyabrın 26-da saat 23:00-da start götürəcək.

İdman.biz