"Atalanta" - "Komo" matçı təxirə salınıb - SƏBƏB

Xəbərlər
24 Sentyabr 2024 00:47
37
"Atalanta" - "Komo" matçı təxirə salınıb - SƏBƏB

İtaliya A Seriyasının 5-ci turunun son matçı təxirə salınıb.

İdman.biz xəbər verir ki, "Atalanta" - "Komo" görüşü pis hava şəraiti üzündən bu gün təşkil olunacaq.

Berqamoda keçirilməli oyun güclü yağış üzündən start götürməyib. Federasiya nümayəndəsi və hakimlərin stadiona baxış keçirməsindən sonra qarşılaşmanın təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, "Atalanta" 6 xalla 9-cu, "Komo" 2 xalla 19-cu pillədə qərarlaşıb.

İdman.biz