Şçesnı karyerasını bərpa edə bilər - "Barselona"ya görə

Xəbərlər
24 Sentyabr 2024 20:39
51
Şçesnı karyerasını bərpa edə bilər - "Barselona"ya görə

Polşalı qapıçı Voytsex Şçesnı karyerasını bərpa edə bilər.

İdman.biz xəbər verir ki, onun "Barselona" ilə danışıqlar aparması xəbərləri yayılıb.

Mark-Andre ter Ştegenin ağır zədə alması Kataloniya klubunu çətin vəziyyətdə qoyub. "Barsa" bu məqsədlə qolkiper axtarışına çıxıb. Yayda karyerasını bitirən Şçesnı kataloniyalılardan sərfəli təklif alacağı təqdirdə yenidən yaşıl sahələrə dönəcəyini bildirib.

Qeyd edək ki, 34 yaşlı polşalı karyerası ərzində "Arsenal", "Brentford", "Roma" və "Yuventus"un şərəfini qoruyub.

İdman.biz