Pyaniç Rusiyada oynayacaq

Xəbərlər
24 Sentyabr 2024 21:22
155
Pyaniç Rusiyada oynayacaq

Miralem Pyaniç karyerasını Rusiyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, bosniyalı yarımmüdafiəçi ÇSKA ilə razılıq əldə edib.

Tərəflər mövsümün sonuna kimi müqavilə imzalayacaqlar. Razılaşmaya əsasən müddət bir il artırıla bilər. Pyaniç sabah tibbi baxışdan keçəcək..

Qeyd edık ki, 34 yaşlı futbolçu karyerası ərzində "Roma", "Yuventus", "Barselona", "Beşiktaş" kimi klubların şərəfini qoruyub. Onun çıxış etdiyi son komanda "Şarjah" (BƏƏ) olub.

İdman.biz