Livanda futbol matçları qeyri-müəyyən müddətə təxirə salınıb

Xəbərlər
24 Sentyabr 2024 21:47
148
Livanda futbol matçları qeyri-müəyyən müddətə təxirə salınıb

Livan Futbol Federasiyası ölkədə bütün futbol matçlarını qeyri-müəyyən müddətə təxirə salıb.

İdman.biz xəbər verir ki, bu barədə federasiya rəsmi açıqlama yayıb.

İsraillə iki dövlət arasında yaranmış münaqişə futboldan da yan keçməyib. Federasiyanın İcraiyyə Komitəsi təhlükəsizlik məqsədilə oyunların keçirilməməsinə qərar verib.

Qeyd edək ki, Livan futbol çempionatında 2024/2025 mövsümü sentyabrın 20-də start götürüb və cəmi 1 tur oynanılıb.

İdman.biz