Milan Çempionlar Liqasının finalının təşkilindən məhrum edilib

Xəbərlər
24 Sentyabr 2024 23:14
41
Milan Çempionlar Liqasının finalının təşkilindən məhrum edilib

Milan Çempionlar Liqasının finalına evsahibliyi hüququndan məhrum edilib.

İdman.biz xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

2026/2027 mövsümünün finalı "San Siro" stadionunda keçirilməli idi. Amma şəhər rəhbərliyi həmin müddətədək arenada yenidənqurma işləri apara bilməyəcəyi üçün UEFA-ya imtina ilə bağlı müraciət edib.

Qeyd edək ki, Avropa ali futbol qurumu gələn ilin aprel-may ayında yeni təşkilatçı şəhərin adını açıqlayacaq.

İdman.biz