"Real" 3 xalı 3 qolla əldə edib

Xəbərlər
25 Sentyabr 2024 01:04
36
"Real" 3 xalı 3 qolla əldə edib

İspaniya Liqasında 7-ci tur start verilib.

İdman.biz xəbər verir ki, "Real" çempionatda ardıcıl 4-cü qələbəsini qazanıb.

Madrid klubu "Alaves"i 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Karlo Ançelottinun komandası lider "Barselona" arasındakı xal fərqini 1-ə endirib. Kataloniyalılar doğma azarkeşlər qarşısında "Xetafe" ilə qarşılaşacaqlar.

"Sevilya" öz meydanında 3 xal qazanıb.

İspaniya La Liqası
VII tur
24 sentyabr

"Sevilya" - "Valyadolid" - 2:1
"Valensiya" - "Osasuna" - 0:0
"Real" - "Alaves" - 3:2

İdman.biz