Şçesnı təsdiqləyib - danışıqlar gedir

Xəbərlər
25 Sentyabr 2024 19:14
39
Şçesnı təsdiqləyib - danışıqlar gedir

Polşalı qapıçı Voytsex Şçesnı "Barselona" ilə danışıqlar apardığını təsdiqləyib.

İdman.biz xəbər verir ki, o bu barədə tanınmış insayder Fabritsio Romanoya müsahibəsində deyib.

34 yaşlı qolkiper Kataloniya klubuna keçmək şansını qaçırmaq istəmədiyini bildirib. Şçesnı "Barselona"nı dünyanın ən yaxşı klublarından biri adlandırıb.

Qeyd edək ki, Mark-Andre ter Ştegenin ağır zədə almasından sonra "Barsa" qapıçı axtarışına çıxıb. Yayda karyerasını bitirən Voytsex komandada oynamaq naminə yaşıl sahələrə dönməyə hazır olduğunu açıqlayıb.

İdman.biz