Luis Enrike məvacibinin 50 faizindən niyə imtina etməyə hazırdır?

Xəbərlər
26 Sentyabr 2024 21:23
50
Luis Enrike məvacibinin 50 faizindən niyə imtina etməyə hazırdır?

PSJ-nin baş məşqçisi Luis Enrike jurnalistlərlə ünsiyyət qurmaq istəmir.

İdman.biz xəbər verir ki, o, bu barədə İspaniya mətbuatına müsahibəsində deyib.

Təcrübəli mütəxəssis hətta buna görə, məvacibinin yarıya kimi azaldılmasına da razıdır: "Əgər bu dəqiqə mətbuatla ünsiyyətdən imtina üçün maaşımın 25 və 50 faizi azaldılması ilə bağlı sənəd təqdim etsələr, tərəddüd etmədən imzalaram".

Qeyd edək ki, Enrike 2023-cü ildən Paris klubuna başçılıq edir. O, ötən mövsümdə komandaya Fransa çempionu, ölkə kuboku və Superkuboku titullarını qazandırıb.

İdman.biz