"Yuventus"un maliyyə hesabatı - 199,2 milyon avro itki

Xəbərlər
27 Sentyabr 2024 22:52
164
"Yuventus"un maliyyə hesabatı - 199,2 milyon avro itki

"Yuventus" ötən ilin maliyyə nəticələrini açıqlayıb.

İdman.biz xəbər verir ki, Turin klubunun itkiləri 199,2 milyon avro olub.

Buna səbəb kimi, komandanın 2023/2024 mövsümündə Avropa kuboklarında iştirak etməməsi göstərilib. "Yuventus"un gəlirləri cəmi 394,6 milyon təşkil edib ki, bu, bir il əvvəlkindən 113 milyon avro az olub.

Qeyd edək ki, turinlilər 2022/2023 futbol ilində A Seriyasını 7-ci pillədə başa vuraraq, ötən mövsümdə avrokuboklardan kənarda qalmışdılar.

İdman.biz