"Palmeyras"ın Qabriel Jezus planı

Xəbərlər
28 Sentyabr 2024 01:17
35
"Palmeyras"ın Qabriel Jezus planı

"Palmeyras" qış transfer pəncərəsində Qabriel Jezusu transfer edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə Braziliya mətbuatında məlumat yer alıb.

Məlumatda "Arsenal"ın 27 yaşlı hücumçunu 40 milyona satmağa hazır olduğu bildirilib. "Palmeyras" yetirməsini komandaya qaytarmaq üçün ciddi addımlar atmağı düşünür.

Qeyd edək ki, Jezus 2017-ci ildə "Palmeyras"dan "Mançester Siti"yə keçib. O, 2022-ci ildən "Arsenal"da oynayır və komanda ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz