"Milan"a 5 dəqiqə kifayət edib

Xəbərlər
28 Sentyabr 2024 00:46
37
"Milan"a 5 dəqiqə kifayət edib

İtaliya A Seriyasında 5-cı tur "Milan" - "Leççe" matçı ilə başlayıb.

İdman.biz xəbər verir ki, "rossonoyerilər" "San Siro"da böyük hesabla qalib gəlib.

"Milan"ın 3 qolu 5 dəqiqəyə vurub. Birinci hissənin 38-43-cü dəqiqələrində komandanın heyətində Morata, Ernandes və Pulişiç fərqlənib.

Ardıcıl üçüncü qələbəsini qazanan Paolo Fonsekanın komandası 2-ci pilləyə yüksəlib.

İtaiya A Seriyası
VI tur
27 sentyabr

"Milan" - "Leççe" - 3:0

İdman.biz