Fernandeşin qırmızı vərəqəsi ləğv olunub

Xəbərlər
1 Oktyabr 2024 22:24
156
Fernandeşin qırmızı vərəqəsi ləğv olunub

"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeşin qırmızı vərəqəsi ləğv olunub.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

İngiltərə Premyer Liqasının VI turunun "Tottenhem"lə matçında portuqaliyalı yarımmüdafiəçi komandasını azlıqda qoyub. Bu, Fernandeşin 600 oyunluq peşəkar karyerası ərzində ilk birbaşa qırmızı vərəqə olub. Verilən appelyasiyadan sonra onun diskvalifikasiyası ləğv olunub.

Qeyd edək ki, "Mançester Yunayted" öz meydanında "Tottenhem"ə 0:3 hesabı ilə uduzub.

İdman.biz