Fergüssonun seçimi - Massimilinao Alleqri

Xəbərlər
1 Oktyabr 2024 23:23
42
Fergüssonun seçimi - Massimilinao Alleqri

Massimilinao Alleqri "Mançester Yunayted"ə rəhbərlik edə bilər.

İdman.biz xəbər verir ki, İngiltərə mətbuatı hazırki baş məşqçi Erik Ten Haaqın 2 oyunluq şansı qaldığını yazıb.

Qarşıdakı "Portu" və "Aston Villa" ilə görüşlərdən sonra hollandiyalı mütəxəssisin taleyinə aydınlıq gəticərək. Əgər uğursuz nəticələr qeydə alınarsa, Ten Haaq istefaya göndəriləcək. Yayılan məlumatlara görə, "qırmızı şeytanlar"ın əfsanəvi baş məşqçisi Aleks Fergüsson Alleqrinin namizədliyini dəstəkləyir.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 6 turdan sonra 7 xalla 13-cü pillədə qərarlaşıb. Komanda artıq 3 dəfə məğlubiyyət acısı yaşayıb.

İdman.biz