Taksi oyun zamanı stadiona daxil olub - VİDEO

Xəbərlər
2 Oktyabr 2024 19:47
273
Taksi oyun zamanı stadiona daxil olub - VİDEO

Futbol üzrə Bolqarıstan çempionatı çərçivəsində Sofiyanın CSKA-1948 və "Septemvri" komandaları arasında keçirilən oyun zamanı taksi stadiona daxil olub.

İdman.biz xəbər verir ki, hadisə 78-ci dəqiqədə, hesab 1:1 olarkən baş verib.

Komandalardan biri künc zərbəsi yerinə yetirməyə hazırlaşarkən qapı arxasında sarı maşın görüntülənib. Taksi xidməti göstərən avtomobilin təsadüfən arenaya daxil olması təkcə şərhçiləri deyil, hər iki komandanın oyunçularını da təəccübləndirib.

İdman.biz