Usman Dembele ilə Luis Enrike arasında problem həllini tapıb.
İdman.biz xəbər verir ki, 27 yaşlı futbolçu ispaniyalı mütəxəssisdən üzr istəyib.
Bu barədə Fransa mətbuatında xəbər yer alıb. Dembelinin həftəsonu Fransa çempionatınını növbəti turunda meydana çıxması gözlənilir.
Qeyd edək ki, Fransa çempionatında “Renn”lə oyundan (3:1) sonra futbolçu Luis Enrike ilə mübahisə edib. Nəticədə baş məşqçi Dembeleni Çempionlar Liqasında “Arsenal”a qarşı görüşün heyətinə daxil etməyib.
İdman.biz