"Barsa"nın De Yonq planı

Xəbərlər
3 Oktyabr 2024 21:51
45
"Barsa"nın De Yonq planı

"Barselona" Frenki De Yonqla müqavilə müddətini artırmaq niyyətindədir.

İdman.biz xəbər verir ki, kataloniyalılar ilin sonunadək futbolçu ilə razılıq əldə etməyi arzulayırlar.

Niderlandlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayında bitəcək. Hələlik Frenki "Barselona"nın təklifini müsbət cavablamayıb.

Qeyd edək ki, De Yonq 2019-cu ildən komandanın şərəfini qoruyur. O, zədə üzündən bu mövsümdə cəmi 16 dəqiqə meydanda olub.

İdman.biz