"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal İspaniyada sentyabrın ən yaxşısı seçilib.
İdman.biz xəbər verir ki, bu barədə La Liqanın rəsmi səhifəsi açıqlama yayıb.
17 yaşlı futbolçu sentyabr ayında 4 oyunda iştirak edib. Yamal bu qarşılaşmalarda 3 qol və 1 ötürmə ilə yadda qalıb. Onun "Barsa" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.
Qeyd edək ki, İspaniya yığmasının üzvü bu mövsümdə 10 oyunda 5 qol vurub, 5 ötürmə edib.
İdman.biz