Sanenin İngiltərəyə dönmək şərti

Xəbərlər
4 Oktyabr 2024 22:34
53
Sanenin İngiltərəyə dönmək şərti

Leroy Sane yenidən karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, 28 yaşlı futbolçu "Nyukasl"ın maraq dairəsinə düşüb.

Almaniyalı futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda bitəcək. Meydana az çıxdığı üçün Leroy komandanı tərk etmək qərarına gəlib. O, bu mövsümdə 4 oyunda cəmi 78 dəqiqə şans qazanıb. Sane ingilis klubu Çempionlar Liqasında vəsiqə qazanacağı təqdirdə təklifə "hə" deyəcək.

Qeyd edək ki, Sane 2016-2020-ci illərdə "Mançester Siti"də çıxış edib.

İdman.biz