Lukaku Belçika yığmasından imtina edib

Xəbərlər
4 Oktyabr 2024 23:39
54
Lukaku Belçika yığmasından imtina edib

"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika yığmasına yollanmaqdan imtina edib.

İdman.biz xəbər verir ki, o, bu barədə futbol federasiyasını məlumatlandırıb.

Lukaku 2025-ci ilin əvvəlinə kimi millidə oynamaq istəmir. Təcrübəli forvard yayda transfer olunduğu "Napoli"də möhkəmlənmək üçün bu addımı atıb.

Qeyd edək ki, Romelu Neapol klubunda 7 oyunda 3 qol vurub, 4 ötürmə verib.

İdman.biz