Açılış matçında 3 qol

Xəbərlər
5 Oktyabr 2024 00:27
40
Açılış matçında 3 qol

Almaniya Bundesliqasında VI tura start verilib.

İdman.biz xəbər verir ki, açılış matçında Münhenqladbax "Borussiya"sı "Auqsburq"un qonağı olub.

Qarşılaşmada qapılara 3 qol vurulub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mövsümdə ikinci qələbəsini qazanan "Auqsburq" 7 xalla 11-ci pillədə yer alıb.

Dördüncü dəfə uduzan "Borussiya" 6 xalla 12-cidir.

Almaniya Bundesliqası
VI tur
4 oktyabr

"Auqsburq" - "Borussiya" M - 2:1

İdman.biz