Türkiyə Superliqasında VIII turun 4 oyunu keçirilib.
İdman.biz xəbər verir ki, bu qarşılaşmaların 3-də qalib müəyyənləşməyib.
"Trabzonspor" mövsümdə 6-cı dəfə meydanı 1 xalla tərk edib. Şenol Güneşin komandası səfərdə "Hatayspor"la xalları yarıya bölüb.
Günün yeganə qələbəsi İzmirdə qeydə alıb. "Göztəpə" "Sivasspor"la görüşun son dəqiqələrində həlledici qolu vuraraq, vacib 3 xal qazanıb.
Türkiyə Superliqası
VIII tur
5 oktyabr
"Kasımpaşa" - "Bodrumspor" - 0:0
"Göztəpə" - "Sivasspor" - 3:2
"Başakşəhər" - "Kayserispor" - 1:1
"Hatayspor" - "Trabzonspor" - 1:1
İdman.biz