"Arsenal" və "Mançester Siti"dən əzmkar qələbə

Xəbərlər
5 Oktyabr 2024 23:24
64
"Arsenal" və "Mançester Siti"dən əzmkar qələbə

İngiltərə Premyer Liqasında VII tura start verilib.

İdman.biz xəbər verir ki, açılış matçında lider 3 xal əldə edib.

"Liverpul" səfərdə "Kristal Pelas"a tək qolla qalib gəlib.

"Arsenal" və "Mançester Siti" isə əzmkar qələbə qazanıb. Favoritlər məğlub vəziyyətə düşsələr də, geridönüş ediblər.

"Liverpul" 18, "Arsenal" və "Mançester Siti" 17 xal toplayıb.

İngiltərə Premyer Liqası
VII tur
5 oktyabr

"Kristal Pelas" - "Liverpul" - 0:1
"Vest Hem" - "İpsviç" - 4:1
"Brentford" - "Vulverhempton" - 5:3
"Lester" - "Bornmut" - 1:0
"Everton" - "Nyukasl" - 0:0
"Arsenal" - "Sautgempton" - 3:1
"Mançester Siti" - "Fulhem" - 3:2

İdman.biz