Markus Turamın het-triki "İnter"ə 3 xal qazandırıb

Xəbərlər
6 Oktyabr 2024 00:49
46
Markus Turamın het-triki "İnter"ə 3 xal qazandırıb

İtaliya A Seriyasında VII turun 3 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, son çempion doğma azarkeşlər qarşısında qələbə qazanıb.

"İnter" "Torino"nu 3:2 hesabı ilə məğlub edib. Qonaq komandanın 20-ci dəqiqədə azlıqda qalması meydan sahiblərinin işini asanlaşdırıb. Markus Turam het-trik edərək, 3 xalın qazanılmasında böyük pay sahibi olub.

Bu qələbədən sonra "İnter" xalını 14-ə yüksəldib. Komanda lider "Napoli"dən 2 xal geri qalır.

İtaliya A Seriyası
VII tur
5 oktyabr

"Udineze" - "Leççe" - 1:0
"Atalanta" - "Cenoa" - 5:1
"İnter" - "Torino" - 3:2

İdman.biz