Karvahalın zədəsi ilə bağlı açıqlama

Xəbərlər
6 Oktyabr 2024 13:15
217
Karvahalın zədəsi ilə bağlı açıqlama

"Real" müdafiəçisi Daniel Karvahalın zədəsi ilə bağlı açıqlama yayıb.

İdman.biz xəbər verir ki, onun sağ dizində ön çarpaz bağları qopub.

Klubun tibbi personalının müayinəsindən sonra 32 yaşlı futbolçunun qarşıdakı günlərdə əməliyyat olunacağı bildirilib. Hələlik, onun hansı müddətə sıradan çıxdığı barədə məlumat verilməyib.

Qeyd edək ki, "Real" La Liqanın 9-cu turunda "Vilyarreal"a 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz