Neymar ada alacaq

Xəbərlər
6 Oktyabr 2024 15:10
176
Neymar ada alacaq

Braziliyalı ulduz İlya-dus-Capao adasını almağa hazırlaşır.

İdman.biz xəbər verir ki, bu barədə ölkəsinin "Portal Leo Dias" nəşri məlumat yayıb.

Rio-de-Janeyro ştatının Anqra-dus-Reys administrasiyasına məxsus adanın ərazisi 2,5 hektardır. Adaya helikopter və qayıqla getmək mümkündür. Məkanda 10 nəfərlik villa var.

Qeyd edək ki, adanın qiyməti 12,35 milyon avro dəyərləndirilsə də, təcili satış üzündən xeyli ucuzlaşıb. Neymarın təxminən 8 milyon avro xərcə düşəcəyi gözlənilir.

İdman.biz