Henderson İngiltərəyə dönməyi arzulayır

Xəbərlər
6 Oktyabr 2024 17:51
72
Henderson İngiltərəyə dönməyi arzulayır

"Ayaks"da çıxış edən Cordan Henderson İngiltərəyə dönə bilər.

İdman.biz xəbər verir ki, "Sanderlend" 34 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

İngiltərə mətbuatı Çempionşipdə çıxış edən klubun Hendersonu qışda heyətinə cəlb etmək istəyində olduğunu yazıb. Cordan "Ayaks"ın heyətində meydana az çıxmasından narazıdır. O, bütün turnirlərdə 11 oyunda 810 dəqiqə forma geyinib.

Qeyd edək ki, Niderland klubunun Hendersonla 2026-cı ilin yayına kimi müqaviləsi var.

İdman.biz