"Qalatasaray" qalib gəlib, "Beşiktaş"a son dəqiqə şoku

Xəbərlər
6 Oktyabr 2024 22:34
268
"Qalatasaray" qalib gəlib, "Beşiktaş"a son dəqiqə şoku

Türkiyə Superliqasında VIII tura yekun vurulub.

İdman.biz xəbər verir ki, "Qalatasaray" öz meydanında qələbə qazanıb.

Çempion "Alanyaspor"a 1:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xalını 22-yə yüksəldən "sarı qırmızılar" vahid liderliyi davam etdirirlər.

"Beşiktaş" isə səfərdə xal itirib. Komanda uzun müddət hesabda öndə olsa da, 90+5-ci dəqiqədə qapısından top buraxıb.

Türkiyə Superliqası
VIII tur
6 oktyabr

"Konyaspor" - "Eyüpspor" - 3:2
"Adana Demirspor" - "Samsunspor" - 1:3
"Qalatasaray" - "Alanyaspor" - 1:0
"Qaziantep" - "Beşiktaş" - 1:1

İdman.biz