Niderlandlı əfsanə vəfat edib

Xəbərlər
7 Oktyabr 2024 19:47
217
Niderlandlı əfsanə vəfat edib

Niderlandlı əfsanə futbolçu Yohan Neskens vəfat edib.

İdman.biz xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.

Dünən Neskensin Əlcəzairdə Niderland Kral Futbol Assosiasiyasına aid tədbirdə xəstələndiyi xəbərləri yayılıb. O, ölkə yığmasının heyətində DÇ-1974 və DÇ-1978 mundiallarının gümüş mükafatçısı olub.

Qeyd edək ki, Yohan Niderland yığmasının heyətində 49 matçda 17 dəfə fərqlənib.

İdman.biz