"Mançester Siti"nin idman direktoru vəzifəsini tərk edir

Xəbərlər
8 Oktyabr 2024 22:29
264
"Mançester Siti"nin idman direktoru vəzifəsini tərk edir

Çiki Beqiristayn mövsümün sonunda "Mançester Siti"nin idman direktoru vəzifəsini tərk edəcək.

İdman.biz xəbər verir ki, tərəflər artıq bununla bağlı razılıq əldə ediblər.

2012-ci ildən bu vəzifədə çalışan Beqiristayn klubun son illərdə əldə etdiyi uğurlarda böyük pay sahibi olub. O, 60 yaşında təqaüdə çıxmaq qərarına gəlib. Yayılan məlumatlara görə, artıq ispaniyalı mütəxəssisin əvəzedicisi də məlumdur. Yeni idman direktoru 2025-ci ilin yayında fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Çiki 2003-2010-cu illərdə "Barselona"da eyni vəzifəni tutub.

İdman.biz