Niko İspaniya yığmasından kənarlaşdırılıb

Xəbərlər
9 Oktyabr 2024 00:41
125
Niko İspaniya yığmasından kənarlaşdırılıb

Niko Uilyams İspaniya yığmasının düşərgəsini tərk edib.

İdman.biz xəbər verir ki, o, zədə üzündən komandadan kənarlaşdırılıb.

"Atletik"in hücumçunun əzələsində zədə aşkarlanıb və məşqçi heyəti onun sağlamlığını riskə atmaq istəməyib. Nikonu yığmada "Real Sosyedad"ın müdafiəçisi Serxio Qomes əvəzləyib.

Qeyd edək ki, İspaniya millisi Millətlər Liqasında Danimarka və Serbiya komandaları ilə qarşılaşacaq.

İdman.biz