"Panatinaikos"un futbolçusu Georgi Baldok evində ölü tapılıb.
İdman.biz xəbər verir ki, 31 yaşlı futbolçunun üzərində hər hansı zorakılıq əlaməti olmayıb.
Yayda "Panatinakos"a keçən Baldokla əlaqə kəsildiyi üçün həyat yoldaşı polisə müraciət edib. Yaşadığı villaya baxış keçirilən zaman Georginin cəsədi hovuzdan tapılıb.
Qeyd edək ki, İngiltərədə doğulan Baldok Yunanıstan vətədaşlığl alıb. O, ölkə yığmasında 13 oyun keçirib.
İdman.biz