İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt gələcək karyerası ilə bağlı suala cavab verib.
İdman.biz xəbər verir ki, o, yaxın bir ildə fəaliyyət göstərməyəcəyini deyib.
BBC-yə danışan 54 yaşlı mütəxəssis zamana ehtiyacı olduğunu bildirib: "Dəqiq deyə bilərəm ki, gələn il işləməyəcəm. Bundan əminəm. Dəqiq qərar vermək üçün zamana ehtiyacım var. Bu vacib addımdır".
Qeyd edək ki, Sautqeyt AVRO-2024-dən sonra İngiltərə yığmasının baş məşqçi vəzifəsini tərk edib. "Üç şirlər" onun rəhbərliyi ilə AVRO-2020-nin finalçısı olublar.
İdman.biz