Erlinq Holand Norveç yığmasının ən sərrast futbolçusu olub.
İdman.biz xəbər verir ki, 34-cü dəfə fərqlənən forvard Yörgen Yuveni arxada qoyub.
Holand UEFA Millətlər Liqasının 3-cü turunda Sloveniyanın qapısına 2 top vurub. 24 yaşlı hücumçu 3:0 hesabı ilə yekunlaşan qarşılaşmanın 10-cu və 62-ci dəqiqələrində fərqlənib. Erlinq 34 qol həddinə 36-cı oyunda çatıb. O, bununla da, yığmanın rekordçusu olub.
Qeyd edək ki, Holand 2019-cu ildən Norveç millisinin formasını geyinir.
İdman.biz