Yığmaya getməyən Mbappe gecə klubuna yollanıb

Xəbərlər
11 Oktyabr 2024 23:12
200
Yığmaya getməyən Mbappe gecə klubuna yollanıb

Fransa yığmasının heyətindən kənarda qalan Kilian Mbappe komandanın İsraillə (4:1) oyun günündə Stokholma yollanıb.

İdman.biz xəbər verir ki, "Real"ın oyunçusu gecə klubuna getməsi gündəm olub.

Mbappe yaxın qohumları Stokholmdakı restoranlardan birində şam yeməyindən sonra əyləncə məkanına yollanıb. Xəbərlərdə futbolçunun səfərinin Madrid klubunda təsdiq olunduğu bildirilib. Kilianın bir neçə gündən sonra məşqləri bərpa edəcəyi deyilib.

Qeyd edək ki, zədəli olduğunu əsas gətirərək yığmaya yollanmayan Mbappenin İspaniya çempionatının son turunda meydana çıxması söz-söhbətlərə yol açıb.

İdman.biz