Türkiyə yığmasında iki itki

Xəbərlər
12 Oktyabr 2024 20:28
55
Türkiyə yığmasında iki itki

İki futbolçu Türkiyə yığmasının düşərgəsini tərk edib.

İdman.biz xəbər verir ki, Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Dünən Monteneqro ilə qarşılaşmada Kaan Ayhan növbəti sarı vərəqəni aldığı üçün qarşıdakı matçı buraxmalı olacaq. Barış Alper Yılmaz isə zədə üzündən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasının 3-cü turunda Monteneqroya 1:0 hesabı ilə qalib gələn "ay-ulduzlular" ayın 14-də Uelsin qonağı olacaqlar. Türkiyə millisi 7 xalla 1-ci pillədə qərarlaşıb.

İdman.biz