"Barselona"nın növbəti transfer planı

Xəbərlər
12 Oktyabr 2024 22:49
283
"Barselona"nın növbəti transfer planı

"Barselona" növbəti yay transferi dövründə sərbəst qalan futbolçulara maraq göstərəcək.

İdman.biz xəbər verir ki, buna səbəb Kataloniya klubunun üzləşdiyi maliyyə problemləridir.

"Barsa" "Arsenal"dan orta xətt oyunçusu Tomas Parti, "Lill"dən isə hücumçu Conatan Davidlə maraqlanır. Hər iki oyunçunun müqaviləsi gələn yayda bitəcəyi üçün onlarla yanvarın 1-dən etibarən danışıqlara start vermək mümkündür.

Qeyd edək ki, Parti hələ bu yayda kataloniyalıların maraq dairəsinə düşmüşdü. Amma "Arsenal" yarımmüdafiəçinin gedişinə icazə verməmişdi.

İdman.biz