Holand "Mançester Siti"ni tərk edə bilər

Xəbərlər
13 Oktyabr 2024 15:12
119
Holand "Mançester Siti"ni tərk edə bilər

Erlinq Holand gələn yayda "Mançester Siti"ni tərk edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Norveçli futbolçunun ingilis klubu ilə müqavilə müddəti 2027-ci ilin yayında bitəcək. "Mançester Siti" Holandla yeni müqavilə bağlamağa hazırlaşır. Hələlik, detallar barəsində məlumat verilməyib.

Qeyd edək ki, Erlinqin 2025-ci ildə İspaniyaya yollanacağı xəbərləri yayılıb. Onun "Real" və ya "Barselona"ya keçəcəyi gözlənilir. Bundan başqa, PSJ də Holandla ciddi maraqlanır.

İdman.biz