"Yuventus"un yarımmüdafiəçi Pol Poqba "Marsel"ə keçə bilər.
İdman.biz xəbər verir ki, diskvalifikasiya müddəti azaldılan 31 yaşlı futbolçu gələn ilin yazında meydana dönəcək.
Fransa mətbuatının məlumatına görə, marsellilər konkret danışırlara start verməsələr də, baş məşqçi Roberto De Zerbi bu variantı dəstəkləyib. Əgər danışıqlar baş tutarsa, Pol karyerasını Fransada davam etdirəcək.
Qeyd edək ki, ötən ilin sentyabrında Poqbanın verdiyi analizin cavabı müsbət olub. O, fevralın 29-da 4 illik diskvalifikasiya edilib. Futbolçunun apelyasiyasından sonra Beynəlxalq Arbitraj Məhkəməsi cəza müddətini 18 aya endirib.
İdman.biz