İngiltərə yığmasının futbolçusu Cek Qriliş 500 funt ziyana düşüb.
İdman.biz xəbər verir ki, o, bu barədə Millətlər Liqasında Finlandiya ilə oyundan sonra bildirib.
Qriliş cərimə zərbəsi zamanı Trent Aleksandr-Arnolda qol vuracağı təqdirdə 500 funt verəcəyini deyib. "Liverpul"un futbolçusu əla zərbə ilə topu qapıdan keçirib. Bu, ingilislərin matçda vurduğu ikinci qol olub.
Qeyd edək ki, İngiltərə yığması səfərdə Finlandiyaya 3:1 hesabı ilə qalib gəlib.
İdman.biz