Ederson niyə Mançesteri tərk etməyib?

Xəbərlər
15 Oktyabr 2024 18:58
362
Ederson niyə Mançesteri tərk etməyib?

"Mançester Siti"nin qapıçısı Ederson komandada qalması səbəbini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, baş məşqçisi Xosep Qvardiola ilə danışıqlardan sonra belə qərar verib.

Yayda Səudiyyə Ərəbistanından sərfəli təklif alan braziliyalı qapıçı son anda fikrindən daşınıb. Ederson "Əl-Nəsr"in ona qeyri-adi dəvət göndərdyini açıqlayıb.

Qeyd edək ki, "Mançester Siti" təcrübəli qapıçı üçün 30 milyon avro transfer təklifini rədd edib. "Şəhərlilər" 60 milyon avro tələb ediblər.

İdman.biz