Tomas Tuhel İngiltərə yığmasına başçılıq edəcək.
İdman.biz xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Bildirilib ki, almaniyalı mütəxəssislə İngiltərə Futbol Assosiasiyası arasındakı danışıqlar yekunlaşıb. Növbəti həftədə Tuhel İngiltərə yığmasının baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, 51 yaşlı məşqçi PSJ, "Çelsi" və "Bavariya" kimi klublarda fəaliyyət göstərib. Tuhel ötən mövsümün sonunda Münhen klubundan ayrılıb.
İdman.biz