Fransalı ulduz: "Daha tanınmış Poqba yoxdur"

Xəbərlər
17 Oktyabr 2024 00:41
359
Fransalı ulduz: "Daha tanınmış Poqba yoxdur"

Pol Poqba dopinq qalmaqalından sonra həyatında çox şeyin dəyişdiyini bildirib.

İdman.biz xəbər ki, o, artıq fərqli münasibətlə qarşılaşdığını deyib.

"Yuventus"un fransalı yarımmüdafiəçisi əvvəlki Poqbanın daha olmadığını etiraf edib: "Daha tanınmış Poqba yoxdur. İnsanlar məndən qaçırlar. Əvvəllər məni moda həftəsinə və digər tədbirlərə dəvət edirdilər. İndi "Poqbanı çağıra bilmərik" deyirlər. Dostlarım da əvvəlki kimi zəng etmirlər".

Qeyd edək ki, qanında qadağan olunmuş maddə tapılan Pol 4 il diskvalifikasiya olunsa da, sonradan müddət 18 aya endirilib. Poqba gələn ilin martından etibarən yaşıl sahələrə dönə biləcək.

İdman.biz