Laporta "Nou Kamp"da problemlər olmadığını açıqlayıb

Xəbərlər
17 Oktyabr 2024 22:57
107
Laporta "Nou Kamp"da problemlər olmadığını açıqlayıb

"Barselona"nın prezidenti Joan Laporta "Nou Kamp" stadionunun yenidənqurması ilə bağlı məlumat verib.

İdman.biz xəbər verir ki, o, 2025-ci ilin əvvəlində də arenanın istifadəyə veriləcəyinin deyib.

Laporta 2022-ci ilin payızında tikintisi start götürən stadionda gedən işlərdən razıdır: "Tikinti şirkətləri və işin tempindən razıyam. Daha sürətli inşa istərdim, amma bu mümkün deyil. Ciddi problemlər yaranmazsa, 2025-ci ilin əvvəlində "Nou Kamp"a dönəcəyik. Layihəmiz Avropada davam edən ən vacib işdir. Arenamız dünyanın ən yaxşı stadionu olacaq".

Qeyd edək ki, bir neçə gün əvvəl "Nou Kamp" stadionunun tikintisində ciddi problemlər yaranması ilə bağlı xəbərlər yayılıb.

İdman.biz