"Marka" Messini tarixin ən yaxşı futbolçusu seçib

Xəbərlər
17 Oktyabr 2024 23:21
253
"Marka" Messini tarixin ən yaxşı futbolçusu seçib

İspaniyanın tanınmış "Marka" nəşri tarixin ən yaxşı futbolçusunu seçib.

İdman.biz xəbər verir ki, argentinalı ulduz Lionel Messi 1-ci olub.

O, Kriştiano Ronaldo və Peleni arxada qoyub. Argentina yığmasının hücumçusu karyerası ərzində 46 titul qazanıb. Messi 8 dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Ən yaxşı 6 futbolçu
1. Lionel Messi
2. Kriştiano Ronaldo
3. Pele
4. Di Stefano
5. Dieqo Maradona
6. Yohan Kroyff

İdman.biz