Keynin het-triki "Bavariya"nı qalib edib

Xəbərlər
19 Oktyabr 2024 23:32
52
Keynin het-triki "Bavariya"nı qalib edib

"Bavariya" Almaniya Bundesliqasının 7-ci turunu qələbə ilə başa vurub.

İdman.biz xəbər verir ki, Münhen klubu öz meydanında "Ştutqart"la qarşılaşıb.

"Pivəçilər" qonaqların qapısından 4 cavabsız top keçiriblər. Bütün qollar fasilədən sonra vurulub. Harri Keyn het-trik edib.

Son çempion "Bayer" də turu 3 xalla başa vurub. "Bavariya" və "Leypsiq" 17 xalla ilk iki pillədə qərarlaşıb.

İngiltərə Bundesliqası
VII tur
19 oktyabr

"Borussiya" M - "Haydenhaym" - 3:2
​"Bayer" - "Ayntraxt" - 2:1
"Frayburq" - "Ausqburq" - 3:1
"Hoffenhaym" - "Bohum" - 3:1
"Maynts" - "Leypsiq" - 0:2
​"Bavariya" - "Ştutqart" - 4:0

İdman.biz